“Barselona”nın futbolçusu Denis Suares “Arsenal”a keçməyə razılaşıb. Bu barədə “Sport.es” xəbər yayıb. Məlumatda deyilir ki, ispaniyalı futbolçuya “Milan” və “Valensiya”dan təkliflər gəlsə də, o, London klubunu üstün tutub. Kataloniyalıların 24 yaşlı oyunçunu mövsümün sonuna qədər “Arsenal”a icarəyə verəcəyi bildirilir.
Qeyd edək ki, Suares bu mövsüm La Liqada cəmi 2 oyuna çıxıb. Onun “Barselona” ilə 2020-ci ilin iyun ayına qədər müqaviləsi var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB