"Yuventus" baş məşqçisi ilə müqaviləni uzadacaq

"Yuventus" baş məşqçisi ilə müqaviləni uzadacaq

"Yuventus" baş məşqçisi Massimiliano Alleqri ilə müqavilənin müddətini uzatmağa hazırlaşır. SİA-nın məlumatına görə, Turin klubu 51 yaşlı mütəxəssisə şərtləri yaxşılaşdılırmış müqavilə təklif edəcək. Klub "Real Madrid" və "Mançester Yunayted"in maraqlandığı çalışdırıcını komandada saxlamaq üçün bu qərarı verib.

Qeyd edək ki, Alleqri 2014-cü ildən "Yuventus"un baş məşqçisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə