"Portu" Pepeyə təklif göndərib

"Beşiktaş"dan ayrılan Pepenin yeni klubu müəyyənləşmək üzrədir. Qol.az-ın "Record"a istinadən yaydığı xəbərə görə, "Portu" portuqaliyalı müdafiəçiyə təklif göndərib. Ölkəsinə qayıtmağa müsbət baxan 35 yaşlı oyunçunun yaxın günlərdə rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Qeyd edək ki, Pepe 2018-ci ilin dekabrında İstanbul təmsilçisi ilə müqavilənin müddətini qarşılıqlı razılaşma əsasında ləğv edib.

Bütün xəbərlər Facebook səhifəmizdə