Aqil Məmmədov “Qəbələ”ni “Neftçi”yə dəyişir?

Aqil Məmmədov “Qəbələ”ni “Neftçi”yə dəyişir?

“Qəbələ”nin qapıçısı Aqil Məmmədov komandadan ayrıla bilər. Bu barədə Qol.az-a açıqlamasında “Qəbələ”nin baş meneceri Zaur Əzizov məlumat verib. Təcrübəli qolkiperin “Neftçi”yə keçəcəyi ilə bağlı xəbərlərə də aydınlıq gətirən klub rəsmisi transferin real olduğunu söyləyib:
“Aqil Məmmədovun “Neftçi”yə keçmək söhbəti realdır. Son oyundan sonra komandasını dəyişmək istəməsilə bağlı bizə müraciət etdi. Biz də bildirdik ki, ola biləcək bir şeydir, problem yoxdur. Amma hələ məsələ yekunlaşmayıb. Bir-iki nüans var ki, onların həll olunmasını gözləyirik. Ona görə də Aqil hələlik bizim futbolçumuzdur”.

Qeyd edək ki, Aqil ötən mövsümün qış fasiləsində də “Neftçi”yə keçmiş, ancaq bir neçə gün sonra müəmmalı şəkildə “Qəbələ”yə qayıtmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə