AFFA “Neftçi”nin idman direktorunu 10 oyunluq cəzalandırıb

AFFA “Neftçi”nin idman direktorunu 10 oyunluq cəzalandırıb

“Neftçi” klubunun idman direktoru Ceyhun Sultanov AFFA-nın İntizam Komitəsi tərəfindən 10 oyunluq cəzalandırılıb. AFFA-nın saytında yer alan xəbərə görə, bu barədə qərar İK-nın bugünkü iclasında verilib.
C.Sultanov Kütləvi İnformasiya Vasitələrində hakimlər haqqında təhqiredici ifadələr işlətdiyinə görə 10 oyun cəzalanıb, klub 16000 manat cərimə olunub. Matçın 33-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 70-ci dəqiqəsində “Sabah”ın futbolçusu Vanderson Silva ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 matç cəzalanıb, klub 200 manat cərimələnib.

Qarşılaşmanın 84-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Baqali Dabo ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. “Neftçi” azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. “Sabah”ın təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan qonaq klub tərəfindən ödəniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə