"Barselona" Qomeşı unutsa əla olar"

"Barselona" Qomeşı unutsa əla olar"

"Everton" "Barselona"dan icarə əsasında əldə etdiyi Andre Qomeşin tam transferində maraqlıdır. SİA-nın məlumatına görə, baş məşqçi Marku Silva yarımmüdafiəçinin gələcəyi barədə danışıb: “Andreni klubda saxlamaq üçün əlimdən gələni edəcəyəm. Yarımmüdafiəçidən çox razıyam. Onun oyununu müzakirə etmək istəməzdim. Razıyamsa, deməli yaxşı oynayır. "Barselona" Qomeşı unutsa əla olar. Ona təzyiq göstərmək istəmirik. Gələcəyi ilə bağlı qərarı özü verəcək. Düşünürəm ki, mövsümün sonunda bu mövzuya qayıtmaq olar. Çox istərdim ki, burada qalsın”.

Bütün xəbərlər Facebook səhifəmizdə