Benzemadan “Real”ın tarixində yeni rekord

Benzemadan “Real”ın tarixində yeni rekord

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində “Viktoriya” ilə keçirilən görüş “Real”ın futbolçusu Kərim Benzema üçün əlamətdar olub. Belə ki, bu qarşılaşmada dubl edən fransalı hücumçu bununla “Real”da vurduğu qollarının sayını 201-ə çatdırıb.

30 yaşlı forvard “Real”ın tarixində 200 qol həddini keçən 7-ci futbolçu olub. Qeyd edək ki, Benzema 2009-cu ildən Madrid klubunda çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə