"Real"ın futbolçusu Kərim Benzema zədələnib. SİA-nın məlumatına görə, fransalı hücumçunun La Liqanın 8-ci turunda "Alaves"lə matçda sağ dizindən zədə aldığı bildirilib. Onun bərpa müddəti barədə məlumat verilməyib. Ancaq İspaniya mətbuatı 30 yaşlı oyunçunun təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacağını yazıb.
Qeyd edək ki, Benzema 2009-cu ildən "Real"ın şərəfini qoruyur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB