Paytaxtın "İnter" klubu qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirəcək. SİA-nın məlumatına görə, klubun mətbuat xidmətinin yaydığı xəbərdə bildirilir ki, dekabrın 24-dən etibarən istirahətə buraxılacaq komanda yanvarın 3-dən etibarən Antalyanın Belek bölgəsində qış təlim-məşq toplanışına start verəcək. 10 gün ərzində 4 yoxlama oyunu keçirəcək son ölkə çempionu yanvarın 13-də Birlik Kubokunda iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə yollanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB