İspaniya Super Kubokunun matçı avqustun 12-də keçiriləcək. SİA-nın məlumatına görə, həlledici görüşdə İspaniya La Liqasının qalibi "Barselona" və ölkə kubokunun finalçısı "Sevilya" komandaları üz-üzə gələcək. Final qarşılaşması Mərakeşdə baş tutacaq. "Sevilya" "Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibidir. "Neftçi" I təsnifat mərhələsində Macarıstanın "Uypeşt" komandasını keçəcəyi təqdirdə, İspaniya təmsilçisi ilə qarşılaşacaq.
Xatırladaq ki, İspaniya Super Kuboku 1982-ci ildən mütəmadi olaraq keçirilir. Super Kubok uğrunda əvvəllər iki oyun keçirilirdisə, bu il yalnız bir matçdan ibarət olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB