DÇ-2018-in 1/8 final mərhələsinin Braziliya – Meksika oyunu yeni rekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, qarşılaşmada hesabı açan Neymar “sambaçılar”ın dünya çempionatlarında 227-ci qoluna imza atıb.
Bununla da “pentakampeonlar” Almaniyanın 226 qolluq rekordunu yeniləyib və mundialların ən məhsuldar komandası adına yiyələnib. 2:0 hesabı ilə qalib gələn Braziliyanın ikinci qolunu vuran Firmino isə bu rəqəmi 228-ə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB