FİFA açıqladı: De Xea antirekordçudur!

FİFA açıqladı: De Xea antirekordçudur!

İspaniya millisinin qapıçısı David De Xea antirekordla diqqət çəkir. FİFA-nın rəsmi saytında yer alan məlumata görə, qolkiper mundialda hələ də “seyv” etməyib. Qrup mərhələsinin ilk iki turunda çərçivədə dayanan 33 qapıçı arasında yalnız De Xea qurtarış edə bilməyib. Portuqaliya ilə ilk tur matçında çərçivəyə gələn 3 topun hamısı qolla nəticələnibsə, Kriştianu Ronaldonun ikinci qolunda qapıçının kobud səhvi müzakirə mövzusuna çevrilib. İranla qarşılaşmada isə rəqib onu bir dəfə də olsun narahat etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə