Yeni zelandiyalı velosipedçilər Bakı mundialında medallara iddialıdırlar

Yeni zelandiyalı velosipedçilər Bakı mundialında medallara iddialıdırlar

Yeni Zelandiya millisi Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatında geniş heyətlə təmsil olunur. SİA-nın məlumatına görə, Bakı mundialına 50 idmançı ilə qatılan Yeni Zelandiya komandası elit yaş kateqoriyasında medallara iddiaçıdır.

On velosipedçidən ibarət elit yığma komandasına “London-2012” Yay Olimpiya Oyunlarının gümüş medalçısı Sara Valker liderlik edir. Heyətdə, həmçinin yeniyetmələr arasında dünya çempionu Maynard Pil və Yeni Zelandiya birinciliyinin qalibi Kodi Hobbs yer alıblar.

Qeyd edək ki, yeni zelandiyalı velosipedçilər dünya çempionatının ötən iki günündə yeniyetmələr, həvəskarlar və veteranlar arasında yarışlarında uğurla çıxış edib, mükafatçılar sırasında yer alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə