Böyük Britaniya Bakıda DÇ-də 7 velosipedçi ilə təmsil olunur

Böyük Britaniya Bakıda DÇ-də 7 velosipedçi ilə təmsil olunur

Xəbər verdiyimiz kimi, Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatına start verilib. SİA-nın məlumatına görə, Veloparkdakı BMX stadionunda keçirilən mötəbər yarışda 43 ölkədən 1500-dək velosipedçi birincilik uğrunda mübarizə aparır.

Yarışda iştirak edən komandalardan biri də Böyük Britaniya millisidir. Bu ölkəni mundialda 7 velosipedçi təmsil edir. Böyük Britaniya yığmasının heyətində Bet Şriever, Kayl Evans, Quillian İsidora, Tri Vayt, Kay Vayt, Elissa Bradford və Libbi Smit yer alıblar.

Qeyd edək ki, bu gün və sabah “Challenge” kateqoriyasında yarışan kiçik yaşlı yeniyetmələr və veteranlar mübarizə aparacaq.

Dünya çempionatında Azərbaycan 8 idmançı ilə təmsil olunacaq. “Challenge” kateqoriyasında yarışacaq velosipedçilərimizdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mübarizəyə iyunun 6-da qoşulacaqlar. İyunun 7-də Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə