"Roma"dan "Real"a transfer təklifi

"Roma"dan "Real"a transfer təklifi

"Roma"nın müdafiəçisi Kostas Manolas mövsümün sonunda komandasını dəyişə bilər. Qol.az-ın "Marca" nəşrinə istinadən məlumatına görə, yunanıstanlı futbolçu "Real"a keçə bilər. Maraqlıdır ki, Manolası "kral klubu"na "Roma" özü təklif edib. "Canavarlar" UEFA-nın maliyyə feyr-pley qaydalarını pozmamaq üçün bu addımı atıb.

Qeyd edək ki, Manolas 2014-cü ildə "Olimpiakos"dan "Roma"ya keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə