Açıq Əyləncəli Futbol Məktəbləri layihəsi çərçivəsində AFFA-nın və Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tərtər rayonunun Şəxarx qəsəbəsindəki 2 saylı tam orta məktəbin idman zalında 12-14 yaşlı yeniyetmələr arasında futbol festivalı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə millət vəkili, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtər rayonundan seçilmiş millət vəkil Sahib Alıyev, Yevlax rayonundan seçilmiş millət vəkili İlham Məmmədov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni və layihənin koordinatoru Kərim Ağayev iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB