Zidan Qaret Beyl və Kərim Benzema haqqında danışdı

Zidan Qaret Beyl və Kərim Benzema haqqında danışdı

“Real”ın baş məşqçisi Zinəddin Zidan Qaret Beyl və Kərim Benzemanın klubdakı gələcəyi haqda açıqlama verib. “Football-Espana” nəşrinin yaydığı xəbərə görə, o bildirib ki, adları çəkilən futbolçuların növbəti mövsümdə də Madriddə qalmaları üçün əlindən gələni edəcək:

“Onlar bizə lazımdır. “Real”da növbəti mövsümdə də qalmaları üçün məndən asılı olan nə varsa, edəcəyəm. Mən başa düşürəm ki, bütün futbolçular hər zaman oynamaq istəyir. Amma bu, mümkün deyil. Mövsümün başa çatmasına bir ay qalıb və bu müddətdə, biz bir olub vacib görüşlərdə istədiyimiz uğura nail olmalıyıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə