Çin futbolçulara döymə qadağası qoya bilər

Çin Futbol Assosiasiyası tezliklə futbolçuların bədənlərinə döymə etdirmələrinə qadağa qoya bilər. SİA-nın məlumatına görə, Çinin gənclər yığmasının üzvləri Suriya ilə, əsas yığması isə Uelslə oyuna çıxarkən gənclərə pis nümunə olmamaq üçün bədənlərinin döymə olan hissəsini örtüblər.

Çin Futbol Assosiasiyası tezliklə milli çempionatda yerli oyunçulara, eləcə də bütün yaş qrupu üzrə yığma üzvlərinə döyməni qadağan edəcək.

Qeyd edək ki, Çində televiziyada çıxış edən artistlərə də döymələrini nümayiş etdirmək qadağan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə