“Barselona” uzun müddətdir danışıq apardığı “Qremio”nun yarımmüdafiəçisi Artur Ramosun keçidini həll edib. Klubun rəsmi saytında yer alan məlumatına görə, kataloniyalılar Braziliya klubu ilə ilkin müqavilə imzalayıblar. Anlaşmaya əsasən, ispan klubu mövsümün sonunda ümumilikdə 39 milyon avro ödəyərək, 21 yaşlı futbolçunu heyətinə qatacaq.
Qeyd edək ki, Artur 2010-cu ildən “Qremio”nun şərəfini qoruyur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB