"Atletiko"nun mağazası qarət olunub

"Atletiko"nun mağazası qarət olunub

Avropa Liqasının 1/8 mərhələsində Rusiyanın "Lokomotiv" klubu ilə oyundan əvvəl "Atletiko"nun mağazası qarət olunub. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 4 naməlum şəxs "Vanda Metropolitano" stadionunda yerləşən mağazadan oğurluq edib.

Mağazadan köynək, Polo və şərflər götürülüb. Yerli polis cinayətin araşdırılmasına başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə