"Barselona"nın səviyyəsinə hələ çatmamışıq"

"Barselona"nın səviyyəsinə hələ çatmamışıq"

"Barselona"nın səviyyəsinə hələ çatmamışıq". Apasport.az saytı xəbər verir ki, bu sözlər "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolaya məxsusdu. "Şəhərlilər" Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində sabah "Bazel"i qəbul edəcəklər. İngiltərə təmsilçisi səfərdə keçirilmiş ilk oyunda 4:0 hesablı qələbə qazanıb.

UEFA-ya açıqlama verən ispaniyalı çalışdırıcı maraqlı fikirlər səsləndirib. O, komandasının "Barselona" ilə müqayisə edilməsini düzgün saymır: "Barsa"nın oyunçuları son 15-20 ildə Avropada dominantlıq etdilər. Biz isə bu kollektivlə hələ 1 titul qazanmışıq. "Barselona" ilə müqayisəyə layiq görülməyimiz üçün zirvədə uzun müddət qalmalıyıq. Çempionlar Liqasında həm yaxşı, həm də pis anları yaşamaq çox vacibdi". Qeyd edək ki, Qvardiola "Mançester Siti"dən əvvəl "Barselona" və "Bavariya" klublarını da çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə