“Yuventus” İtaliya kubokunun finalında “Milan”a qarşı keçiriləcək matça ciddi itki ilə çıxacaq. SİA-nın məlumatına görə, Turin klubunun aparıcı üzvü Corcio Kyellini həlledici qarşılaşmada forma geyə bilməyəcək. Təcrübəli müdafiəçi “Atalanta”ya qarşı keçirilən yarımfinal görüşündə sarı vərəqə alaraq cəzalı duruma düşüb.
Qeyd edək ki, "Yuventus" - "Milan" finalı mayın 9-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə