"Atletiko Madrid" futbolçusu ilə müqaviləni yeniləyib

"Atletiko Madrid" futbolçusu ilə müqaviləni yeniləyib

"Atletiko Madrid" qanalı yarımmüdafiəçi Tomas Partinin müqaviləsini yeniləyib. SİA-nın məlumatına görə, 24 yaşlı futbolçunun yeni anlaşması 2020-ci il 30 iyuna kimi nəzərdə tutulub.

Parti Madrid klubunun akademiyasına 2011-ci ildə gəlib. 2013-cü ildən əsas komanda ilə məşqlərə qatılan yarımmüdafiəçi 2015-ci ildən əsas heyətə düşməyə başlayıb. Onun əsas komandada debüt oyunu "Espanyol"la qarşılaşmaya təsadüf edir.

Bütün xəbərlər Facebook səhifəmizdə