"Neftçi"nin "Qəbələ" ilə 39-cu dueli

"Neftçi"nin "Qəbələ" ilə 39-cu dueli

"Neftçi” martın 4-də Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "Qəbələ” ilə qarşılaşacaq. SİA-nın məlumatına görə, Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 15:30-da start götürəcək. "Neftçi" eyniadlı şəhərin təmsilçisi ilə indiyədək 38 çempionat oyununda üz-üzə gəlib. Flaqman bunlardan 15-də qələbə qazanıb, 15-də məğlub olub, 8 oyunda isə heç-heçə edib. Top fərqi rəqibin xeyrinədir - 48:50.

Bu mövsümün ilk hissəsindəki oyunlara gəlincə, "Neftçi" hər iki görüşdə meydanı məğlub tərk edib. Qəbələ şəhər stadionunda keçirilmiş oyunun ilk hissəsində qapısından 2 top buraxan komanda fasilədən sonra bunlardan birinin əvəzini çıxmağı bacarıb. Namik Ələskərov fərqlənib - 2:1. "Bakcell Arena”da isə "Neftçi" Emin Mahmudov və Kirilo Petrovun qolları ilə hesabda iki dəfə önə keçsə də, son nəticədə uduzub - 2:3.

Bütün xəbərlər Facebook səhifəmizdə