"Binə" Azərbaycan çempionatının I Divizionunun XVI turunda "Turan Tovuz" səfərinə itkilərlə yollanacaq. SİA-nın məlumatına görə, qapıçı Ramil Kərimov və müdafiəçi Emin Cəfərquliyev cəzalı olduqlarına görə bu matçda iştirak edə bilməyəcəklər.
"Xəzər"lə oyunda dizindən zədə alan və komandanın sonuncu məşqində də iştirak edə bilməyən kapitan Elmir Məmmədov da bu qarşılaşmada çıxış etməyə bilər. Zədə səbəbilə "Xəzər" ilə matçın iştirak ərizəsində yer almayan Mənsur Nəhavəndi və Məhərrəm Hüseynov isə fərdi proqram üzrə çalışırlar. Hər 3 futbolçunun "Turan Tovuz" ilə oyunda iştirak edib-etməyəcəyi sual altındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB