Fevral ayının 15-də Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) təlimatına əsasən, Azərbaycan Ağır Atletika Federasiyası və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə ant-dopinq seminarı keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə dinləyici qismində idmançılar, müxtəlif ixtisaslı mütəxəssislər, inzibati və rəhbər şəxslər iştirak edəcəklər.
Seminarda Anti-Dopinq Qayda Pozuntuları (ADRVs), Dopinq Nəzarəti Prosesi (Doping Control Process), Məkan Məlumatı (Whereabouts), Qadağan edilmiş Maddələr və Üsullar Siyahısı (Prohibited List), Terapevtik İstifadə üçün İstisnalar (TUE) kimi mövzular barədə danışılacaq.
Mühazirəçilər Fərhad Abasov (hüquqşünas, AMADA), Emil Hacıyev (analitika üzrə menecer, AMADA), Kəmalə Babayeva (dopinq nəzarəti meneceri, AMADA) və Dr. Fərid Əliyev (Terapevtik İstifadəyə İcazə (TUE) Komitəsinin sədr müavini) olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB