“Neftçi” PFK-nın əvəzedici komandası təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. SİA-nın məlumatına görə, əvəzedicilər “Sumqayıt”la qarşılaşıblar. “Kapital Bank Arena”da qollu heç-heçə qeydə alınıb - 2:2. “Neftçi”nin heyətində Fərid Mahmudov və Azər İsmayılov fərqləniblər.
Futbol Akademiyasının komandaları da hazırlıq matçlarında güclərini sınayıblar. Nəticələri təqdim edirik:
“Neftçi” (U-19) – “Zirə” (U-19) 1:1
Qol: İsmayıl Zülfüqarlı.
“Səbail” (U-14) – “Neftçi” (U-14) 3:7
Qollar: Tural Əmirhüseynov (3), Türkel Mirzəli, Sərxan Məmmədov, Elcan Əbilov, Bahadur Quliyev.
“Neftçi” (U-13) – “Qəbələ” (U-13) 1:5
Qol: Yusif Əliyev.
“Neftçi” (U-12) – “Səbail” (U-12) 5:4
Qollar: Murad Məmmədov (2), Aslan Hətəmov, Səbuhi İmaməliyev, Erik Braun Liam.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB