Samuel Eto "Konyaspor"la anlaşıb

"Antalyaspor" ulduz futbolçusu Samuel Eto ilə yollarını ayırmaq üzrədir. SİA-nın məlumatına görə, kamerunlu forvard karyerasını Türkiyənin digər klubunda davam etdirəcək. 36 yaşlı hücumçu Super Liqa təmsilçisi "Konyaspor"la anlaşıb. Tərəflər arasında tezliklə 1,5 illik saziş bağlanacaq.

Qeyd edək ki, Eto "Antalyaspor"a 2015-ci ildə "Sampdoria"dan keçmişdi. Kamerun millisinin sabiq üzvü "Real Madrid", "Malyorka", "Barselona", "İnter", "Anji", "Çelsi", "Everton" kimi klublarda çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə