Rəşad Sadıqov yenə start heyətində çıxdı və komandasının ən yaxşılarından oldu

Rəşad Sadıqov yenə start heyətində çıxdı və komandasının ən yaxşılarından oldu

Rəşad Sadıqov Türkiyə Super Liqasında ikinci oyunun keçirib. SİA-nın məlumatına görə, Rəşadın forma geyindiyi "Eskişəhərspor" "Karabükspor"la qarşılaşıb. Təmsilçimizin komandası "Qalatasaray"a qalib gələn, çempion "Bursaspor"dan səfərdə xal alan Super Liqanın sürpriz komandasını səfərdə yenib - 2:1. İlk qolu 11-ci dəqiqədə Sezgin vurub. 27 dəqiqə sonra isə Batuhan fərqlənib. 52-ci dəqiqədə Emenike fərqi minimuma endirsə də "Karabükspor" bərabərlik qolunu vura bilməyib.

Qeyd edək ki, Rəşad ardıcıl ikinci turda meydana start heyətində çıxıb. Rəşad 90 dəqiqə mübarizə aparıb. O, matçın ikinci dəqiqəsində Türkiyədəki ilk sarı vərəqəsini alıb. Məşhur ajansspor.com saytı Sadıqovun oyununu 3 ulduzla dəyərləndirib. O, komandasının heyətində ən yüksək balı alan 4 futbolçudan biri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə