Türkiyənin "Sivasspor” klubu Braziliya millisinin sabiq üzvü Robinyo ilə müqavilə imzalayıb. Klubun saytında yer alan xəbərə görə, müqavilə müddəti 1.5 illik nəzərdə tutulub. O, yeni klubunda 70 nömrəli formada çıxış edəcək. Türkiyə mətbuatı Robinyonun Sivas təmsilçisində 2 milyon avro qazanacağını yazıb.
Qeyd edək ki, son olaraq vətənində “Atletiko Mineiro”da oynayan Robinyo Avropada “Real”, “Mançester Siti” və “Milan” kimi klublarda çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB