Azərbaycan - Kosovo oyununun hakimləri müəyyənləşib

Azərbaycan - Kosovo oyununun hakimləri müəyyənləşib

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində noyabrın 14-də Azərbaycan və Kosovo yığmaları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib. SİA-nın məlumatına görə, görüşü estoniyalı baş hakim Roomer Tarajev idarə edəcək. Ona həmyerliləri Hannes Reinvald və Neeme Neemlaid kömək edəcəklər. Dördüncü hakim funksiyasını Eiko Saar yerinə yetirəcək.

Matç “Dalğa Arena”da saat 18:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə