“Açıq Əyləncəvi Futbol Məktəbləri” Lənkəranda

“Açıq Əyləncəvi Futbol Məktəbləri” Lənkəranda

“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Lənkəran rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 noyabr 2017-ci il tarixdə Lənkəran rayonunda keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə regional Futbol Federasiyasının Prezidenti Sakin Məmmədazadə, Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Sadiq Həmidov, Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin nümayəndəsi Elnurə Əliyeva və layihənin kordinatoru Kərim Ağayev iştirak edib.

Tədbirdə regional Futbol Federasiyasının Prezidenti Sakin Məmmədazadə, Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Sadiq Həmidov, Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin nümayəndəsi Elnurə Əliyeva çıxış ediblər. Çıxış edənlər ilk növbədə "Qarabağ" Futbol Klubunun Çempionlar Liqasının qrup mərhələsinə çıxması ilə əlaqədar və qrup mərhələsindəki oyunlarda əldə olunan tarixi nəticələrin əhəmiyyətini qeyd ediblər və komandaya qarşıdakı qrup oyunlarında uğurlar diləyiblər. Vurğulanıb ki, bu tarixi hadisə Azərbaycanda futbolun inkişafına böyük təsir göstərəcəkdir.

Qeyd edilib ki, bu layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.

Daha sonra qeyd olunub ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçmiş və hal-hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilib. Uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Tədbirin sonunda uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə