"Sumqayıt"ın 4 futbolçusu millidə

"Sumqayıt"ın 4 futbolçusu millidə

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində 9 və 14 noyabrda növbəti oyunlarını keçirəcək. SİA-nın məlumatına görə, yığmamız müvafiq olaraq, Almaniya və Kosovo milliləri ilə qarşılaşacaq.

Bu oyunlara hazırlıq məqsədilə 5-14 noyabr tarixlərində təlim-məşq toplanışı keçirəcək yığmamızın heyətində "Sumqayıt" FK-nın 4 futbolçusu - Xəyal Nəcəfov, Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə və Süleyman Süleymanov da iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə