Nazarov qırmızı vərəqə alaraq oyundan qovulub

Nazarov qırmızı vərəqə alaraq oyundan qovulub

Futbol üzrə Almaniya II Bundesliqasının XI turunda milli komandamızın oyunçusu Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” komandası “Regensburq”u qəbul edib. Bu qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Əsas heyətdə meydana çıxan Nazarov 20-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq oyundan qovulub. Buna onun aut atarkən topu bilərəkdən rəqib futbolçunun başına çırpması səbəb olub. Qeyd edək ki, 11 oyundan sonra ehtyatıda 16 xal olan “Erzgebirge” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə