Raqif Abbasov Avropa çempionatında yüksək nəticə göstərmiş Azərbaycan şahmatçıları ilə görüşüb
Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında yüksək nəticə göstərmiş Azərbaycan idmançıları ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə birinci dərəcəli idmançı, ikiqat Azərbaycan, ikiqat Avropa çempionu və son Avropa çempionatında 74 idmançı arasında 1-ci yer tutmuş (8 yaşadək oğlanlar arasında) Abdulla Qədimbəyli, FİDE ustası, üçqat Azərbaycan çempionu dünya ikincisi, Avropa üçüncüsü, son Avropa çempionatında 44 idmançı arasına 1-ci yeri tutmuş (14 yaşadək qızlar arasında) Ülviyyə Fətəliyeva, beynəlxalq usta, Azərbaycan çempionu, son Avropa çempionatında 32 idmançı arasında 3-cü yeri tutmuş (18 yaşadək qızlar arasında) Xəyalə Abdulla, qrossmeyster, üçqat Azərbaycan, dünya çempionu, Avropa ikincisi son Avropa çempionatında 41 idmançı arasında 1-ci yeri tutmuş (18 yaşadək oğlanlar arasında) Vasif Duralbəyli, komandanın baş məşqçisi Rəsul İbrahimov iştirak ediblər. Görüş zamanı çıxış edən Raqif Abbasov Azərbaycanda şahmata göstərilən qayğıdan danışıb. O, Azərbaycan şahmat məktəbinin dünyaya tanınmış idmançılar yetişdirdiyini deyib. Olimpiya oyunlarında qadın idmançılarımızın göstərdiyi nəticələrin sevindirici hal olduğunu deyən baş idarə rəisi Avropa çempionatında komanda hesabında birinci yerə çıxmış idmançıları tək-tək təbrik edərək onlara hədiyyələr təqdim edib. R.Abbasov komandanın baş məqçisi Rəsul İbrahimova əməkdar məşqçi adı verilməsi barədə Gənclər və İdman Nazirliyi qarşısında vəsadət qaldırdıqlarını qeyd edib.
Sonda Raqif Abbasov idmançılarla xatirə şəkili çəkdirib.
Sonda Raqif Abbasov idmançılarla xatirə şəkili çəkdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB