“Sumqayıt” və "Qarabağ" klubları yoxlama matçı keçirəcək

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Sumqayıt” və "Qarabağ" klubları yoxlama matçı keçirəcək. SİA-nın məlumatına görə, tərəflər bununla bağlı razılıq əldə ediblər. Matçın məkanı və hansı tarixdə keçiriləcəyi isə müəyyənləşməyib.

Qeyd edək ki, cari mövsüm “Qarabağ” Premyer Liqada “Sumqayıt”ı qəbul etmişdi və 4:1 hesabı ilə qalib gəlmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə