Kostas Manolas: "Səhv etməkdən ehtiyatlanırdıq"

Kostas Manolas: "Səhv etməkdən ehtiyatlanırdıq"

Xəbər verdiyimiz kimi, "Roma" "Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda təmsilçimiz "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib. SİA-nın məlumatına görə, oyunda ilk qolun müəllifi olan Kostas Manolas açıqlama verib. Yunanıstanlı oyunçu yaxşı oyun sərgiləmədiklərini söyləyib: "Biz yalnız iki qolla kifayətləndik. Oyuna yaxşı start verdik. Erkən qollar bizə çox kömək etdi. Bu səbəbdən çox arxayınlaşdıq. İkinci hissədə isə narahat idik. Səhv etməkdən ehtiyatlanırdıq. Aramızda gənc futbolçular da var. Onlar bizim aramızda yetişirlər. "Milan"la oyun barədə artıq düşünmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə