UEFA reytinqi açıqlanıb

Avropa Liqasının qrup mərhələsinin ilk turundan sonra UEFA reytinqi açıqlanıb. SİA-nın məlumatına görə, dünən keçirilən 24 oyundan sonra millimizin mövqeyində dəyişiklik olmayıb. 22-ci pillədə qərarlaşan Azərbaycanın 18.625 xalı var.

Ən yaxın izləyicimiz isə dəyişilib. Artıq ən yaxın izləyicimiz Şotlandiya deyil, İsveçdir. Ölkəmiz izləyicisini 0.650 xal qabaqlayır.

Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan Rumıniyanın 19.050 xalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə