“Fənərbaxça” “Palmeyras”ın futbolçusunu transfer edir

“Fənərbaxça” “Palmeyras”ın futbolçusunu transfer edir

Bir müddət əvvəl “Beşiktaş”ın maraqlandığı braziliyalı futbolçu Dudunun transferi üçün “Fənərbaxça” hərəkətə keçib. SİA-nın məlumatına görə, Türkiyə klubu hücum mövqeyinə ən azı iki futbolçu cəlb etməyi düşünür. İlk transfer olaraq isə klub “Palmeyras”ın formasını geyinən Dudunun keçidini həll etmək istəyir.

“Fənərbaxça” nümayəndələri həm cinahlarda, həm də orta hücum mövqeyində oynaya bilən futbolçu ilə görüşüb və ondan müsbət cavab alıblar. Türkiyə klubu “Palmeyras”ın istədiyi 8 milyon avro təzminatı azaltmağa çalışır.

Klubların arasında anlaşma əldə olunsa, 25 yaşlı futbolçu illik 2,5 milyon avro qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə