İbrahimoviç "Mançester Yunayted"ə qayıdıb

İbrahimoviç "Mançester Yunayted"ə qayıdıb

Zlatan İbrahimoviç "Mançester Yunayted"ə qayıdıb. SİA-nın məlumatına görə, 35 yaşlı hücumçu "qırmızı şeytanlar"la 1 illik müqavilə imzalayıb.

O, 10 nömrəli formanı seçib. İsveçli ulduz ötən mövsümü də bu komandada keçirmişdi. "Anderlext"ə qarşı Avropa Liqasının 1/4 final oyununda dizindən zədə alan hücumçu uzun müddətə sıradan çıxmışdı.

İbrahimoviçə Çin, İtaliya və Amerika klublarından da maraq vardı.

Bütün xəbərlər Facebook səhifəmizdə