“Zirə” "Kəpəz”i məğlub edib

“Zirə” "Kəpəz”i məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun növbəti günündə "Kəpəz” komandası Yevlax şəhər stadionunda “Zirə”ni qəbul edib. Rəvan Həmzəzadə idarə etdiyi matçın ilk hissəsinin 22-ci dəqiqəsində Nicat Qurbanov "Zirə"ni hesabda irəli çıxarıb.

Görüşün ikinci hissəsində hesab arasındakı fərq iki topa çatıb. Matçın 49-cu dəqiqəsində Təmkin Xəlilzadə fərqlənib. T.Xəlilzadə oyunun 87-ci dəqiqəsində özünün ikinci, komandasının 3-cü qolunu vuraraq yekun nəticəni müəyyənləşdirib – 3:0.

Beləliklə, iki turdan sonra “Zirə” 6 toplayıb və turnir cədvəlində liderdir.

Bütün xəbərlər Facebook səhifəmizdə