"Real" Qaret Beyli satmaq istəmir

"Real"ın prezidenti Florentino Peres Qaret Beyli satacaqları barədə yayılan iddialara münasibət bildirib. SİA-nın məlumatına görə, o, uelsli oyunçunun Madrid klubunda qalacağını deyib: "Beyli satmağı düşünmürük. Bizim üçün önəmli futbolçudur. O, dünyanın ən yaxşı oyunçularından biridir".

Qeyd edək ki, "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo UEFA Superkubokunda "Real"la oyun öncəsi keçirdiyi mətbuat konfransında Q.Beyli transfer etmək istədiklərini açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə