Azərbaycanda idman portallarının sırasına daha biri də əlavə olundu
Azərbaycanda fəaliyyət göstərən idman portallarının sırasına daha biri də əlavə olunub. SİA-nın məlumatına görə, bu, sportal.az idman portalıdır. Layihənin rəhbəri Nail Nurəddinoğlu dünəndən fəaliyyət göstərən sayt haqında agentliyimizə məlumat verib: "Layihənin rəhbəri mən, portalın təsisçisi isə Şahin Oğuzdur. Mən maliyyə məsələlərinə qarışmıram və bu məni maraqlandırmır. Ancaq yaradıcı işlərlə məşğulam. Saytda idmanın bütün növləri barədə xəbərlər yerləşdiriləcək. Azərbaycan oxucusu əsl idman portalının necə olmalı olduğuna şahid olacaq. Operativliyə xüsusi önəm veririk. Hələ ki, 6 nəfər heyətlə başlamışıq. Ancaq sıralarımızı genişləndirməyi düşünürük. Azərbaycanda ilk dəfə olaraq bu ayın sonundan oxucularımız saytımızda canlı reportajlara baxa biləcəklər. Baxa biməyənlərin isə reportajın video-yazısına baxamaq imkanı olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB