22 sentyabr – 1 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək 2017 qadınlararası Avropa çempionatının biletləri dünəndən Bakıda satışa çıxarılıb. Belə ki, biletlərin qiyməti 3-5 manat arasında dəyişir. Açılış matçı, yarımfinal və medallar uğrunda oyunların biletləri 5 manat olacaq. Bir adam maksimum 10 bilet ala bilər. Biletləri ASAN-1, ASAN-2, ASAN-3, ASAN-4, ASAN-Sumqayıt, Heydər Əliyev Sarayında, Nizami küçəsi və Bülbül prospektinin kəsişməsində, Hökümət Evinin yanında və “Azərbaycan” kinoteatrının yanında, “Gənclik Mall” və “28 Mall”da yerləşən “iTickets” köşklərindən əldə etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB