Lozannada yerləşən İdman Arbitraj Məhkəməsi (CAS) CSKA və Finlandiya millisinin futbolçusu Roman Yeryomenko ilə bağlı qərarı qüvvədə saxlayıb. SİA-nın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi əvvəlki kimi 2018-ci ilə qədər futbol oynaya bilməyəcək. Yeryomenko 2 il müddətinə futboldan diskvalifikasiya olunub. Onun cəzası 2016-cı il 6 oktyabrdan hesablanır. Həmin ilin setyabrında futbolçudan götürümüş dopinq test müsbət nəticə vermişdi. Onun orqanizmində kokain və digər qadağan olunmuş preparatlar aşkarlanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB