La Liqa prezidenti: "Vilyarın kim olduğunu 10 il əvvəl demişəm"

La Liqa prezidenti: "Vilyarın kim olduğunu 10 il əvvəl demişəm"

Xəbər verdiyimiz kimi 29 il İspaniya Futbol Federasiyasına rəhbərlik edən Anhel Mariya Vikyar və oğlu Qorka antikorrupsiya əməliyyatı çərçivəsində həbs edilib. Onlar qeyri-qanuni idarəçilik, saxta sənəd hazırlamaqda ittiham olunur. SİA-nın məlumatına görə, La Liqanın prezidenti Xavyer Tebas bu məsələ barədə fikrini 2 cümlə ilə ifadə edib: "Heç nə deməyəcəyəm. Vilyarın kim olduğunu 10 il əvvəl demişəm. Arxivləri axtarın və özünüz görəcəksiniz".

Qeyd edək ki, Vilyar 2015-ci ildə FİFA Etika komitəsi tərəfindən korrupsiyada təqsirləndirilsə də, barəsində ciddi sübutlar olmadığından cəzalandırılmamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə