"Neftçi"nin futbolçusu "Qarabağ Vyana"da

"Neftçi"nin futbolçusu "Qarabağ Vyana"da

Bu ay "Neftçi" ilə yollarını ayıran U-21 millimizin müdafiəçisi Elvin Bədəlovun yeni klubu müəyyənləşib. SİA-nın məlumatına görə, o, bundan sonra karyerasını "Qarabağ Vyana"da davam etdirəcək. Bu barədə klubun rəsmi "Facebook" səhifəsi məlumat yayıb. E.Bədəlovla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Qarabağ Vyana” Avstriyanın Şərq Regional Liqasında çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə