Rusiyalı məşhur teleaparıcı "Qarabağ"ın oyununu canlı izləyib

Rusiyalı məşhur teleaparıcı "Qarabağ"ın oyununu canlı izləyib

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Samtredia” oyununu canlı izləyənlər arasında olub.

Qol.az-ın xəbərinə görə, uzun illərdir “Pole çudes” proqramının aparıcısı olan Leonid Arkadyeviç matçı Tofiq Bəhramov adına Respublika stadionunun VİP lojasından izləyib. O, Bakıya "Qarabağ"ın sponsoru olan “Azərsun Holdinq” Şirkətlər Qrupunun dəvəti ilə gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə