İyunun 18-də Rusiyada keçirilən Konfederasiyalar Kubokunun ikinci gününün son qarşılaşmasında Çili millisi Kamerun komandası ilə qarşılaşıb.
SİA-nın məlumatına görə, Cənubi Amerika çempionunun üstünlüyü ilə keçən matçın birinci hissəsində hesab açılmayıb. İkinci hissədə də təşəbbüsü əldən verməyən Çili komandası görüşün sonlarında vurduğu qollarla rəqibini 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. Cənubi amerikalıların heyətində 81-ci dəqiqədə Arturo Vidal və 91-ci dəqiqədə Eduardo Varqas fərqləniblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB