“Formula 1 üzrə Azərbaycan Qran Prisinin könüllüləri son hazırlıqlarını keçirlər. İkigünlük “Məkanla tanışlıq” təlimlərindən sonra könüllülər akkreditasiya kartları və uniformalarını alıb işlərinə başlayacaqlar”. Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İnsan resursları və işçi qüvvəsi şöbəsinin əlaqələndiricisi Sevinc Cəfərova deyib.
O qeyd edib ki, təlimlərdə 6 müxtəlif zonada fəaliyyət göstərəcək ümumilikdə 3000 könüllü iştirak edir: “Könüllülərimiz müxtəlif yerlərdə fəaliyyət göstərəcəklər. Məsələn, otellərdə, hava limanında, Uniforma və Akkreditasiya Mərkəzində, əsas binada, dənizkənarı bulvarda işləyən könüllülərimiz var. Təlimləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İnsan resursları və işçi qüvvəsi şöbəsinin nümayəndələri və zona üzrə menecerlər aparırlar. Könüllülərin hazırlıq səviyyəsi yüksəkdir. Onlar ötən il olduğu kimi, bu il də yarışın yüksək səviyyədə keçirilməsinə öz töhfələrini verəcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB